Upwork-da Uğurlu Freelancer Olmaq Üçün Dəqiq Yol Xəritəniz!

Müştərilər axtarmağa yox, müştərilərin sizi tapmasına imkan verin – təcrübəmizə əsaslanan strategiyalarla dolu kurs.

✨ Upwork Nədir?

Upwork Nədir?

Upwork 180+ ölkədə milyonlarla frilanserlər və müştəriləri bir araya gətirən ən böyük platformadır

✅ Hər il total $4 milyard dəyərində layihələr tamamlanır

✅ Hər gün 1000-dən çox iş elanı paylaşılır

✅ 850,000+ aktiv müştəri davamlı olaraq işçi və ya frilanserlər axtarır

❇️ Qloballaşan Dünyada Sən Hardasan?

Əgər burdasansa, 9-5 ofis iş rejimindən daha yaxşısına layiqsən

Hər gün eyni rutin:

Səhər oyanırsan, saatlarla yorucu işə vaxt sərf edirsən, axşam yorğun halda geri dönürsən və öz xəyallarını ertələməyə davam edirsən.

İşi bir də belə təsəvvür elə…

Kim ilə, harada, nə zamannə üzərində işləyəcəyini özün seçirsən.

Nə tıxacda itirilən vaxt, nə toksik ofis mühiti, nə əsəbi müdir, nə də darıxdırıcı rutin var.

Qazancın dollarla və onlayn olanda daha rahat ofisi olan şirkətlər axtarmırsan.

Əvəzində daha mavi suyu, daha sarı qumu, daha yaşıl küçələri və daha xoşbəxt insanları olan şəhərlər axtarırsan.

Cənub-Şərqi Asiyada yaşayıb Amerika, Avropa, Avstraliya şirkətləri ilə işləyən bizim kimi.

❇️ Çox Sadədir Əslində..

Amma niyə hələ də o həyata sahib deyilsən?

Çünki belə suallara ilişib qalırsan:

“Haradan başlayım?”
“Müştəriləri necə tapım?”
“Dünyanın digər ucundakı biri niyə mənimlə işləsin?”
“Axı mənim rəqabətdə şansım varmı?”

Bəlkə də bu suallar sənə böyük və çətin görünür..

Biz də bu kursu məhz buna görə yaratdıq — sənə frilans və qlobal bazarda uğurlu olmağın sadə, addım-addım planını göstərmək üçün.

Gülər 2 frilans iş götürüb və əməkdaşlıq etdiyi müştərilər özünə uzunmüddətli remote iş təklif edib

Challenge bitmədən ilk işimə başlamış biri olaraq deyəcək dəhşət çox sözüm var 😁 Özümə etdiyim ən uğurlu investisiyalardan biri oldu. Upwork profilim 7 ay idi ki var. Amma 2 ay əvvələ kimi spam iş təkliflərindən başqa heç nə gəlmirdi. Sizin dərsləri götürəndən sonra artıq 4-cü iş təklifimi aldım qısa müddətdə. Hətta sizin dərsdən sonra belə uyğun iş görəndə link atıb “bu sənə uyğundur müraciət elə” kimi yanaşmanız belə məni çox sevindirdi:)

Gülər

Sosial Media Meneceri

❇️ Upwork Dərsliyi Sənə Nə Qazandıracaq?

$

Saatlıq $5-dan $500-a qədər ödəniş edən minlərlə şirkətə çıxış əldə edəcəksən

$

Sən müştəriləri yox, müştərilər səni tapacaq

$

Yeni profil ilə 30 günə ilk işlərini götürməyin sınanmış metodunu öyrənəcəksən

$

Düzgün müştəriləri ayırd edərək özünü və reytinqini qoruyacaqsan

$

20 dəqiqəlik müsahibə ilə müştəriləri razı salacaqsan

$

Düzgün qiymət strategiyaları ilə 3-10 dəfə daha artıq qazana biləcəksən

$

Bir dəfəlik işləri bir neçə illik partnyorluqlara döndərməyin yollarını görəcəksən

$

3 aya “Top Rated” statusu alıb Upwork-də top 10% frilanserdən biri ola biləcəksən

$

Layihənin müxtəlif mərhələlərində düzgün kommunikasiya quracaqsan

$

Qazancını nağdlaşdırmaq, ödəniş metodları, və vergilərlə bağlı hər şeyi biləcəksən

Upwork Dərsliyi Kimlər Üçündür?

Bu dərslik hər kəs üçün deyil.
Ancaq sən bu qruplardan birinə aidsənsə, bu dərslik həyatını dəyişəcək.

Yeni Frilanserlər

Sıfırdan başlayanlar üçün: Profil yaratmaq, effektiv bio yazmaq, müştəri tapmaq və ilk işi qazanmağın addım-addım yol planı.

Təcrübəli Frilanserlər

Artıq frilans təcrübəsi olanlar Upwork-ün incə detallarını öyrənərək daha yüksək qiymətə limitsiz işlər götürəcək.

Mütəxəssislər

Sahəsi üzrə təcrübəli mütəxəssis olanlar qlobal bazara çıxaraq dollarla ən azı 2-3 dəfə daha yüksək stabil qazanc əldə edə bilərlər.

Biz Kimik ki, Danışırıq?

Biz, digital nomad həyat tərzi yaşayan və qlobal müştərilərlə işləyən frilanserlərik. Artıq 4 ildən çoxdur ki, ənənəvi Azərbaycan bazarını geridə qoyaraq dünyanı səyahət edirik və fərqli ölkələrdən çalışaraq real təcrübələrə əsaslanan, sınaqdan keçmiş strategiyaları paylaşırıq.

Kamran Şükürlü

İş həyatına birbaşa frilanser olaraq başlayan Kamran heç zaman ofis işində çalışmayıb. Upwork-də 8+ illik təcrübəyə, Top Rated statusuna, 100% Job Success Score-a sahibdir. 25+ ölkədən 150+ şirkət ilə çalışıb. Upwork-də dünya üzrə top 10%, Azərbaycan üzrə top 20 frilanserlərdən biridir.

Piruzə Quliyeva

Piruzə 2020-ci ildən full-time frilanser olaraq qlobal bazarda fəaliyyət göstərir. Hazırda digital nomad kimi işləyərək səyahət edir və getdiyi ölkələrdə ürəyi istədiyi qədər yaşayır. 180+ insana Upwork və LinkedIn vasitəsilə iş tapmağa bələdçilik edib və əsasən karyera mentorluğu üzrə ixtisaslaşıb.

Miflər və Reallıq

Fikirlərin dəyişsə, nəticələrin də dəyişəcək

Rəqabət çoxdur, Hindistan və Pakistanlılar ucuz işləyir, ona görə fərqlənmək və iş tapmaq çətindir.

Rəqabət var, amma keyfiyyətli müştərilər həmişə təcrübəli və peşəkar frilanserlər axtarır. Bazarda hər kəsə yer var — 3 dollarlıq da, 100 dollarlıq da. Əsas məsələ qiymət deyil, dəyər yaratmaq və nəticə göstərməkdir. Unutma ki, rəqabətin olması, tələb olduğu anlamına gəlir və düzgün profil və fərqlənən təkliflərlə bu tələbdən faydalana bilərsən.

Scammerlər çoxdur, ona görə iş tapmaq çətindir.

Upwork-də güclü təhlükəsizlik sistemləri var: müştəri reytinqi, iş tarixçəsi və Verified Payment kimi funksiyalar səni scammerlərdən qoruyur. Doğru strategiyalarla scammerlərdən asanlıqla yan keçmək mümkündür.

Müraciət edirəm, alınmır. Təcrübəm yoxdur deyə, heç kim məni işə götürməz.

Upwork-də minlərlə yeni başlayan frilanser ilk bir neçə müraciətdən sonra belə iş tapır. Əsas məsələ təcrübənin çoxluğu deyil, profilini necə təqdim etdiyin və təkliflərinin nə dərəcədə təsirli olduğudur. Doğru strategiya ilə təcrübəsiz olmaq heç bir maneə deyil.

Upwork yalnız ucuz qiymətə işləyənlər üçündür.

Upwork-də saatı 5 dollardan işləyənlər də var, 500 dollardan işləyənlər də. Platformada hər il milyardlarla dollar dəyərində layihələr tamamlanır və bir çox frilanser layihə başına minlərlə dollar qazanır.

Nurlanın 3 illik təcrübəsi var və Amerika şirkətinə qəbul alıb

Bu dəfə xoş xəbərlərlə yazıram: 1500 dollarlıq işə qəbul oldum! Özü də Amerika şirkətinə. İnanılmaz bir hissdir!Bu uğura gedən yolda sənin dəstəyin əvəzolunmaz idi. Sənin dəstəyin təkcə bildiklərini bölüşməklə bitmir. Mən pas etdiyim, inamımı itirdiyim anlarda belə əlimdən tutub məni irəli çəkirdin. Psixoloji dəstəyin, motivasiyan və yol göstərməyin olmasaydı, bu nailiyyətə çata bilməzdim. Sənin kimi bir mentorla işləmək həyatımın ən gözəl qərarlarından biri oldu. Çox təşəkkür edirəm!

Nurlan

Digital Marketing Mütəxəssisi

Dərslik Proqramı

30 video dərslik
15 saatlıq kurs
+ Cover Letter şablonu
+ Xüsusi Whatsapp qrupu

  • Upwork Nədir?
  • Frilanser Olaraq Hansı Üstünlüklərimiz Var?
  • Connects Nədir və Necə Effektiv İstifadə Etməli?
  • Upwork-də Levellər
  • Levellər Nəyə Lazımdır?
  • Miflər
  • Scammer-lər Kimlərdir?
  • Scammer-lərə Aldanmamaq Üçün Nə Etmək Lazımdır?
  • Özünü Tanı
  • Profil Optimallaşdırılması Niyə Vacibdir?
  • Profil Şəkli
  • Profil Məlumatlarının Doldurulması
  • Portfolio + Linked Accounts
  • Video Təqdimat
  • Testimonials (Referanslar)
  • Sertifikatlar
  • Bacarıqlarınıza Uyğun İş Elanları Tapın
  • Rəqiblərlə Tanışlıq
  • Availability Badge və Boost Your Profile
  • Project Catalog
  • Təməl Qayda: Hər Müştəri ilə İşləməməlisən
  • Doğru Müştəriləri Necə Təyin Etməli
  • İşlərə Müraciət Prosesi
  • Cover Letter-də Nələrə Diqqət Etməli?
  • Qiymət Təklifləri və Strategiyaları
  • Bonus trick-lər
  • Vergilər
  • Qazancı nağdlaşdırmaq

Çox Verilən Suallar

Mən qlobalda iş tapa bilərəmmi?

Onlayna uyğun sahəsi olan, ingilis dilini bilən və özünü təqdimatı bacaran hər kəs iş tapa bilər. Əgər sahəniz onlayn işləməyə uyğundursa, bu dərslik qlobal bazara çıxmaq üçün addım-addım ehtiyacınız olan hər şeyi izah edəcək.

Nə qədər vaxta iş tapa bilərəm?

Əgər onlayn olaraq təklif edə biləcəyiniz bacarıqlarınız varsa və dərslikdə izah etdiklərimizə əməl etsəniz, ən az 5 gün, ən çox 3 ay müddətində iş tapa bilərsiz. Bu müddət ərzində işlər tapan onlarla tələbələrimiz də bunun sübutudur.

Hansı səviyyədə İngilis dili tələb olunur?

Nə qədər yaxşı bilsəniz, o qədər yaxşıdır əlbəttə. Amma ən az müsahibədə iştirak edə biləcək və kommunikasiya hissəsində müştərilərlə əlaqə yarada biləcək qədər bilməlisiz. Təbii ki burada dil biliyiniz sahənizdən asılı olaraq da dəyişə bilər. Əgər sahəniz birbaşa dillə bağlıdırsa, (məsələn, blog yazarı, kopirayter və s) dil biliyiniz mükəmməl olmalıdır. Amma birbaşa bağlantılı deyilsə, pre-inter və ya intermediate dil biliyini ilə başlaya bilərsiz. Amma bütün bunlar sizi qorxutmasın, dil biliyinizi artırmaq üçün elə indidən başlayın. 

Onlayn iş tapmaq üçün xüsusi bacarıqlara ehtiyac varmı?

Upwork-də qazanmaq üçün ekspert olmağınıza ehtiyac yoxdur. Burada sahib olduğunuz bir çox digital bacarıqlara uyğun işlər tapa bilərsiz. Və ya hər hansı bir sahəni seçib bir neçə aya həmin sahədə yaxşı qazanacaq qədər ixtisaslaşa da bilərsiz.

Dərslik hansı formatdadır?

Upwork Dərsliyi əhatəli və strukturlu formada hazırlanmış videolardan və bonus materiallardan ibarətdir. Videoları öncəki yüzlərlə təlim və konsultasiyalarımız əsasında ən çox soruşulan və çətinlik çəkilən mövzuları əhatə edəcək şəkildə hazırlamışıq. Dərslikdə öyrənəcəklərinizi tətbiq edərək uğur qazanmış onlarla tələbələrimizin olması da sizin də rahatlıqla eynisini edə biləcəyinizin qarantiyasıdır.

Dərsliyi aldıqdan sonra suallarımı kimə verə bilərəm?

Upwork Dərsliyini əldə etməklə siz həm də xüsusi WhatsApp qrupuna giriş əldə edəcəksiz. Burada digər frilanserlərlə müzakirələr apara bilər, suallarınızı verə bilərsiz. Həmçinin, biz də qrupda suallarınızı mümkün olduqca cavablamağa, kömək etməyə çalışacağıq.

Öz frilans biznesini yaratmağa hazırsan?